Ançelottinin oğlu baş məşqçi təyin olundu

Braziliya millisinin çalışdırıcısı Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı məşqçi “Botafoqo”da (Braziliya) işləyəcək.
Onunla 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Davide Ançelotti indiyədək atasının rəhbərlik etdiyi Madrid “Real”ında, daha sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.
“Cebheinfo.az”