Dövlət Departamenti: ABŞ Ukraynaya dəstəyini davam etdirəcək

ABŞ Ukraynaya dəstəyini heç vaxt dayandırmayıb və bundan sonra da davam etdirmək niyyətindədir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.
O bildirib ki, son fasilə ABŞ hökumətinin yeni yanaşması kimi qəbul edilməməlidir.
"Biz Ukraynanın ən böyük dəstəkçisi olmuşuq və belə də qalacağıq", - deyən Bryus ABŞ Prezidenti Donald Tramp administrasiyasının ukraynalıların ehtiyac duyduqları şeyə sahib olmasına əminliyini izah edib.
"Cebheinfo.az"