Natavan Bayramovaya yeni vəzifə verildi

Jurnalist Natavan Bayramovaya yeni vəzifə verilib.
Bakupost.az xəbər verir ki, bu barədə ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev məlumat yayıb.
Məlumata görə, jurnalist "Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Natəvan Bayramova bundan əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsində çalışıb.
“Cebheinfo.az”