Bakı aeroportunda 70 yaşlı qadın vəfat etdi

Dünən saat 15 radələrində Bakı hava limanında ölüm hadisəsi olub.
"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Hava Limanında Şərur rayon sakini 1955-ci il təvəllüdlü Quşvər Hüseyn qızı Cəfərova dünyasını dəyişib.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"