Ət bahalaşacaq: Afrikalılar quzu ətinə müştəri çıxıb

Ət bahalaşacaq: Afrikalılar quzu ətinə müştəri çıxıb

Rusiya xırdabuynuzlu heyvan əti ixracını şaxələndirmək məqsədilə Əlcəzairlə mühüm danışıqlar aparır.

"Cebheinfo.az" xəbər verir ki, iki ölkə arasında imzalanmış hökumətlərarası qarışıq komissiya protokoluna əsasən, Əlcəzair tərəfi Rusiyadan xırdabuynuzlu heyvan əti və içalat idxalı üçün baytarlıq sertifikatının təsdiqi prosesini həyata keçirir.

Bu həftə Rusiya nümayəndə heyətinin Əlcəzairə edəcəyi səfər zamanı məsələnin detalları müzakirə olunacaq.Rus quzu ətinin böyük hissəsi (94%) daxili bazarda istehlak olunur və ixrac həcmi olduqca məhdud səviyyədə qalır.

2023-cü ildə cəmi 136 ton quzu əti ixrac edən Rusiya bu sahədə Avstraliya (574 min ton) və Yeni Zelandiyadan (384 min ton) xeyli geri qalır.

Mövcud ixracın əsas hissəsi Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə yönəldilir, İran və Azərbaycan isə əhəmiyyətli potensial bazarlar kimi qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, Əlcəzairin quzu ətinə tələbatı məhdud olduğundan, Rusiyanın əsas diqqətini illik 2,3-2,8 milyard dollarlıq idxal həyata keçirən Körfəz ölkələrinə yönəltməsi daha məqsədəuyğundur.

Bununla belə, Şimali Afrika ölkələrinin də orta müddətli perspektivdə əhəmiyyətli bir bazara çevrilə biləcəyi vurğulanır.

Rusiyanın “Damate” şirkətinin İrana ixracını dörd dəfə artıraraq 500 tona çatdırması isə sektor üçün ümidverici bir inkişaf kimi dəyərləndirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"