"Sabah"ın Çempionlar Liqasındakı matçlarının tarixləri açıqlandı

Basketbol üzrə Azərbaycan çempionu "Sabah"ın Çempionlar Liqasının müntəzəm mövsümünün B qrupunda oyunlarının tarixi və başlama saatı müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, 3 qat Azərbaycan çempionunun rəqibləri "Alba" (Almaniya) və "Nimburk" (Çexiya), eləcə də 3-cü təsnifat qrupunun qalibi daha sonra müəyyənləşəcək.
7 oktyabr
Saat 21:30, "Nimburk" - "Sabah"
15 oktyabr
Saat 21:00, "Sabah" - "Alba"
29 oktyabr
3-cü təsnifat qrupunun qalibi - "Sabah" (oyunun vaxtı daha sonra açıqlanacaq)
12 noyabr
Saat 20:00, "Sabah" - 3-cü təsnifat qrupunun qalibi
10 dekabr
Saat 20:00, "Sabah" - "Nimburk"
16 dekabr
Saat 22:00, "Alba" - "Sabah"
Oyunların başlama saatları Bakı vaxtı ilə qeyd olunub.
"Cebheinfo.az"