Bu ölkədə əcnəbilər əsgər gedəcəklər

Rusiyada əcnəbilərin səfərbərlik dövründə silahlı qüvvələrin tərkibində xidmət etməsinə icazə verilən fərman dərc olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin bununla bağlı imzaladığı fərman hüquqlarla bağlı rəsmi informasiya portalında yerləşdirilib. İndi əcnəbilər təkcə fövqəladə və ya hərbi vəziyyət zamanı deyil, həm də səfərbərlik dövründə xidmət keçə biləcəklər.
Fərmanda dəqiq göstərilir ki, əvvəllər kontrakt əsasında hərbi xidmətdə olan və müəyyən yaş həddinə çatmış yüksəkixtisaslı mütəxəssislər ilə yeni müqavilə imzalana bilər. Bu, xarici kəşfiyyat xidmətinə, FTX orqanları və dövlət mühafizəsinə də şamil olunur.
Bu sənəd rəsmi dərc olunduğu andan qüvvəyə minir. İzahat qeydində göstərilib ki, yeni normalar Rusiya Federasiyası silahlı qüvvələrinin təxirəsalınmaz komplektləşdirilməsi məqsədilə tətbiq olunur.
Bunda əvvəl də Rusiya vətəndaşlığı olmayan şəxslərin hərbi xidmət üçün kontrakt imzalamasına icazə verilməsi haqqında qanun imzalanmışdı. Bu kontraktlar səfərbərlik başa çatanadək, hərbi vəziyyətin qüvvədən düşməsi və ya müharibə dövrünün qurtarmasına qədər qüvvədə olacaq.
"Cebheinfo.az"