Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13 faiz artıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2025-ci il iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 21 min 282 olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,5 faiz artıb və 576 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,8 faiz artaraq 6050 olub.

​​​​​​"Cebheinfo.az"