Rusiyalı nazir Bakıda: Azərbaycana təşəkkür edib

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə son İran-İsrail münaqişəsi zamanı Rusiya vətəndaşlarının İrandan təxliyyəsinin təşkilinə görə minnətdarlığını bildirib.
"Cebheinfoaz" bu barədə "RİA Novosti"-yə istinadən xəbər verir.
Bir gün əvvəl Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) İcraiyyə Şurasının və Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.
"Rusiya idarəsinin rəhbəri bu yaxınlarda baş vermiş İran-İsrail münaqişəsi zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsini təşkil etdiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Birgə iş dinc əhali üçün səmərəli kömək əli oldu: ruslar öz vətənlərinə qayıda bildilər", - məlumatda deyilir.
"Cebheinfo.az" xatırladır ki, Rusiyanın Xüsusi Uçuş Qrupunun Vnukovodan havaya qalxan təyyarəsi Bakıda dünən eniş edib.
Hökumət təyyarəsində Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq fövqəladə hallar naziri Aleksandr Kurenkov da olub. Daha sonra o, Kəmaləddin Heydərovla görüşüb.
Qeyd edək ki, bir müddət əvvəl Moskvada iki ölkə arasında münaqişəni qe qeyri-rəsmi yolla həll etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyətinin hazırlanması barədə xəbər yayılıb. Putindən şəxsən Prezident İlham Əliyevə məktub çatdırılacağı da iddia olunurdu.
Mənbə qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri, xüsusiən fövqaədaə hallar naziri Kəmaləddin Heydərovla şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkovun rəhbərlik edə biləcəyini istisna etməmişdi.
Xəzər
"Cebheinfo.az"