Peskov: "Bu hadisədən şok yaşadıq"

Peskov: "Bu hadisədən şok yaşadıq"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün intihar etmiş keçmiş nəqliyyat naziri Roman Starovoytla bağlı açıqlama verib.

​​​​​​"Cebheinfo.az" bu barədə TASS agentliyinə istinadən xəbər verir.

"Təbii ki, bu hadisə istənilən normal insanı şok etməyə bilməz. Biz də bu hadisədən şok yaşadıq", - deyə D.Peskov vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə işindən azad edilən Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt iyulun 7-də öz avtomobilində intihar edib.

Rusiya mətbuatı yazır ki, R.Starovoytun intiharı ona qarşı açılması gözlənilən cinayət işi ilə bağlı ola bilər. Belə ki, Kursk vilayətinin keçmiş rəhbərinə qarşı əvvəllər onun m\üavini işləmiş və bir milyard rubl məbləğində (təxminən 21.5 milyon manat - red.) dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov ifadə verib.

https://t.me/aznovost/131328

​​​​​​"Cebheinfo.az"