PKK silahlarını təhvil verməyə başlayacaq

İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.
PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.
Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.
Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.
"Cebheinfo.az"