“Naviqatoru xarab olanın hamısı gəlib səhnəyə”: Samir Cəfərovdan sərt tənqid

Tanınmış müğənni Samir Cəfərov “Günə Bax” verilişində sənət aləmindəki bəzi ifaçıları tənqid edib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, səsi və musiqi qabiliyyəti olmayan şəxslərin pul xatirinə səhnəyə çıxmasına münasibət bildirərək narazılığını dilə gətirib:
"İnsanların çoxunun iddiası qabiliyyətindən çoxdur. Faciə budur. Elə bilirlər ki, bu sahədə gəlir var. Qabiliyyəti olan da, olmayanda bura gəlir. Həyat naviqatoru xarab olanın hamısı gəlib bizim səhnəyə".
"Cebheinfo.az"