Həsən Kür vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Məlumata görə, halı pisləşən Həsən Zeynallı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində orada dünyasını dəyişib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intihara cəhd etmişdi.
"Cebheinfo.az"