Rusiya təyyarəsi Bakıda enişə hazırlaşır: Nazir məktub gətirir - FOTO

Rusiya təyyarəsi Bakıda enişə hazırlaşır: Nazir məktub gətirir - FOTO

Bu gün Rusiyanın Xüsusi Uçuş Qrupunun Vnukovodan havaya qalxan təyyarəsi Bakıda eniş etməyə hazırlaşır.

“Cebheinfo.az” xəbər verir ki, hökumət təyyarəsində Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq fövqəladə hallar naziri Aleksandr Kurenkov var.

Qeyd edək ki, bir müddət əvvəl Moskvada iki ölkə arasında münaqişəni qe qeyri-rəsmi yolla həll etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyətinin hazırlanması barədə xəbər yayılıb. Putindən şəxsən Prezident İlham Əliyevə məktub çatdırılacağı da iddia olunur.

Mənbə qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri, xüsusiən fövqaədaə hallar naziri Kəmaləddin Heydərovla  şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkovun rəhbərlik edə biləcəyini istisna etməmişdi.

Xəzər
“Cebheinfo.az”