Dəhşətli qəza: Xəsarət alan var

Şəkidə minik avtomobili yük maşını ilə toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.
Rayonun Qudula kənd sakini 21 yaşlı Röyal Bəxtiyar oğlu Həsrətovun idarə etdiyi “VAZ” markalı minik avtomobili məişət tullantıları daşıyan yük maşınına çırpılıb.
Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü R. Həsrətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R. Həsrətov Şəki rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"