Sabunçuda soyğunçuluq edən şəxslər saxlanılıblar

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"