Qadın və uşaqlara dəstək gücləndirilir: Layihə fəaliyyətləri davam edir - FOTOLAR

Qadın və uşaqlara dəstək gücləndirilir: Layihə fəaliyyətləri davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərlərinin təşkili" layihəsinin icrasını davam edir. Layihənin rəhbəri Kubra Ələkbərova bildirdi ki, artıq layihənin iki ayı yekunlaşıbdır.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin icrası dövründə sığınacaqdan ümumilikdə 83 nəfər qadın və uşaq yararlanmışdır. Onlardan 4 nəfəri insan alveri qurbanı, 79 nəfəri insan alverinin potensial qurbanları olmuşlar. İnsan alverinin potensial qurbanları arasında 35 nəfəri qadın, 44 nəfəri isə uşaq olub (23 qız, 21 oğlan). Sığınacaqda qalan qadın və uşaqlardan başqa, ay ərzində Mərkəzə əlavə olaraq 125 nəfər birbaşa və ya qaynar xətt vasitəsilə müraciət ediblər. Sığınacaga birbaşa müraciət edən və ya müxtəlif qurumlar tərəfindən istiqamətləndirilən zorakılıq qurbanlarının psixo - sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində uygun fəaliyyətlər həyata keçirilib. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri üçün tədbirlər və istiqamətləndirmələr həyata keçirilib. Təhlükəsiz sığınacaqla təmin olunan qadın və uşaqlar ərzaq məhsulları ilə təmin ediliblər.

Sığınacağın fəaliyyəti çərçivəsində təşkilat yerli biznes qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. LU-MUN HOLDİNQ şirkətinin nümayəndələrinin sığınacağa ziyarəti baş tutub. Ziyarət zamanı holdinqin əməkdaşları sığınacaqda müvəqqəti məskunlaşan qadınlarla görüşmüş, onların həyat hekayələri və üzləşdikləri çətinliklərlə yerində tanış olublar. Şirkətin həyata keçirdiyi layihə çərçivəsində sığınacaqda yerləşən qadınlara hüquqi yardım və hüquqi məsləhət dəstəyi göstərilmişdir. Qadınların şəxsi hüquqları, ailə və sosial təminat sahəsində maarifləndirilməsi məqsədilə hüquqşünaslarla fərdi və qrup formatında məsləhət sessiyaları təşkil olunmuşdur. Bununla yanaşı qadınların peşə inkişafı, təhsil imkanları və gələcək məşğulluq perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıldı. Eyni zamanda, rəqəmsal bacarıqların artırılması və təlim proseslərinin təşviqi məqsədilə LU-MUN HOLDİNQ sığınacağa planşet hədiyyə etdi.

Lyihənin icrası davam edir. Nəzərdə tutulan digər fəaliyyətlərin həyata keçirilməsi növbəti aylarda nəzərdə tutulmuşdur.

"Cebheinfo.az"