Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var

Rusiyanın Ryazan vilayətində kafedə partlayış baş verib.
Bu haqda TASS məlumat yayıb.
“Partlayış Sobornaya küçəsindəki kafedə baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib”, - agentliyin mənbəsi bildirib.
İlkin məlumata görə, kafeyə qumbara atılıb.
“Cebheinfo.az”