Fransalı deputat intihar etdi

Fransalı deputat intihar etdi

Fransa Milli Assambleyasının "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks seçildiyi Anet bölgəsindəki evində intihar edib.

Bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, 54 yaşlı deputatın meyiti bu gün axşam saatlarında evində aşkarlanıb.

O.Marleks daha öncə Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.

“Cebheinfo.az”