İran "əlini gücləndirir":İsrail seçim qarşısında

İsrailin Baş naziri Benyamin Netanyahu ultra-pravoslav partiyaların hərbi xidmətə çağırışdan azad edilməsi haqqında qanunla bağlı yaranmış fikir ayrılığına görə,ə ABŞ-yə səfərini iyulun 13-ü axşama qədər təxirə salıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Kanal12” məlumat yayıb.
Qeyd edək ki, İsrail parlamenti bir il öncə ultra-pravoslav yəhudiləri (Haredilər) məcburi hərbi xidmətdən azad edən qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.
Əksəriyyəti dini səbəblərə görə orduda xidmətdən imtina edən haredilər ölkənin 9 milyonluq əhalisinin təxminən 12 faizini təşkil edir.
Dini əqidəsinə görə məcburi hərbi xidmət keçə bilməyən və ya bundan imtina edən vətəndaşlara alternativ xidmət təklif oluna bilər. Bu, milli və ictimai fayda gətirən fəaliyyət olmalıdır. Gənc kişilər və qadınlar təhlükəsizlik orqanlarında, məktəblərdə, xəstəxanalarda, qocalara yardım müəssisələrində və s. xidmət keçməlidir.
Lakin müxalifət haredilərin hərbi xidmətdən azad edilməsini Netanyahunun liderlik etdiyi hakim koalisiyanın öz hakimiyyətini uzatmaq cəhdi sayır. Sabiq baş nazir Yair Lapid hesab edir ki, indiki şəraitdə İsrail dövlətinə ilk növbədə Baş nazirin ABŞ-yə səfəri uşaqları evlərinə və ailələrinə qaytaracaq girov müqaviləsi ilə nəticələnməlidir. Lakin müxalifət lideri sözügedən qanunvericiliyi tənqid edib. “Əslində biz mərhələlərlə qismən razılaşma yox, müharibənin bitməsini və bütün girovların qaytarılmasını istəyirik”,-deyən eks-baş nazir qanun layihəsini 300-400 gün hərbi xidmət keçən İsrail əsgərləri üçün “təhqir” adlandırıb.
O bildirib ki, ortadokslar qanunvericiyiliyi saxtalaşdırmaq vasitəsilə hakim koalisiyanın ömrünü bir neçə həftə və bir neçə ay uzatmaq istəyirlər.
Benyamin Netanyahunun səfəri təxirə salması, eləcə də haredilərin hərbi xidmətdən azad olunmasını təmin edən qanun layihəsinin parlamentdə siyasi müqavimətlə qarşılanması Baş nazirə daxili təzyiqlərin artmasından xəbər verir. Bu isə Netanyahu hökumətinə etimadsızlıq təklifinin Knessetdə səsverməyə qoyulmasına gətirib çıxara bilər. İranla müharibədən sonra Netanyahunun siyasi reytinqi qismən artsa da hakim ultraprovaslav koalisiyanın dağılma risqi yüksək olaraq qalır. Bu isə İranın regionda əlini gücləndirən amilə çevrilə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”