“Qalatasaray” Osimhenlə razılığa gəldi

Türkiyənin "Qalatasaray" komandası Viktor Osimhen ilə razılığa gəlib.
Bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 26 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, müqavilə əsasında "Napoli"yə məxsus olan Viktor Osimhen ötən il icarə əsasında "Qalatasaray"da çıxış edib.
“Cebheinfo.az”