Azərbaycanda insanlar neçə il evli qalır?

Azərbaycanda insanlar neçə il evli qalır?

Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki,  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb.

Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib.

Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub.

Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb.

20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.

​​​​​​"Cebheinfo.az"