Gədəbəydə yol qəzası: 4 nəfər xəsarət aldı

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Cebheinfo.az” APA-ya istinadla xəbər verir ki, qəza Şəmkir–Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili ilə “Lada” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
“Cebheinfo.az”