Ukrayna 20 ölkədə səfirlərini dəyişməyi planlaşdırır

Ukrayna hakimiyyəti bəzi ölkələrdəki səfirlərini dəyişdirmək niyyətindədir.
Bu barədə “Obşestvennoye” ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqaya istinadən məlumat yayıb.
Bildirilir ki, Ukrayna ABŞ, həmçinin G7 və G20 ölkələri də daxil olmaqla, 20-yə yaxın səfirini dəyişdirməyi planlaşdırır.
"Cebheinfo.az"