Ermənistanda təlim zamanı partlayış - Yaralılar var

Ermənistanda təlim zamanı artilleriya minasının partlaması nəticəsində erməni hərbçilər yaralanıb.
Bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün saat 16:00 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin poliqonunda baş verib.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
"Cebheinfo.az"