Bərdədə kanaldan meyit tapıldı

Bərdədə su kanalından naməlum meyit tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.
Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.
"Cebheinfo.az"