Azərbaycanda peyvənd çatışmazlığı?

Qlobal peyvənd alyansı GАVI “donor yorğunluğu” adlandırdığı məsələylə bağlı həyəcan təbili çalıb.
Ənənəvi təchizatçılar və donorlar, xüsusən də ABŞ qlobal sağlamlıq təşəbbüslərinə sadiq qalmırlar. Avropa Komissiyasının keçmiş prezidenti və hazırkı GАVI rəhbəri Jose Manuel Barroso bildirib ki, həqiqətən də peyvənd cəmiyyətində gələcək inkişafın istiqaməti ilə bağlı bəzi narahatlıqlar var:
“Ancaq inanıram ki, biz bu çətinliklərin öhdəsindən gələcəyik”.
Barrozunun fikrincə, problemin həlli alyansın yerlərdə işinin səmərəliliyinin artırılmasından - vasitəçilərin minimuma endirilməsindən və aydın şəkildə nəticələrə fokuslanmasından keçir.
“Açığı, bəzən iş yaxşı getmir.Donor ölkə səviyyəsində səmərəsizlik, itkilər və dayanmalar var. Düşünürəm ki, səmərəlilik baxımından nə edəcəyimizə qərar vermək üçün mükəmməl məqam yetişib".
İyunun sonunda məlum olub ki, ABŞ GАVI-ya vəsait ayırmağı dayandıracaq. Barrozo vurğulayıb ki, Amerikanın bu qərarı təkcə pulun deyil, həm də təcrübənin itirilməsi deməkdir:
"Ümid edirik ki, onların beynəlxalq inkişafa sadiqliyi davam edəcək”.
Əgər Avropada da maliyyənin ayrılması dayandırılsa, o zaman pyvəndlərlə bağlı duur çox çətin olacaq.
ABŞ-nin qərarından sonra bəzi Avropa ölkələrinin də oxşar qərarı verməsi mümkündür. Bu isə peyvənd bazarında vəziyyəti daha da gərginləşdirə bilər.
GAVI artıq 25 ildir fəaliyyət göstərir və bu müddət ərzində bir milyarddan çox uşağın immunizasiyasına kömək edib. 2030-cu ilə qədər daha 500 milyon insana çatmağı hədəfləyir.
“Cebhenfo.az” xatırladır ki, peyvəndlər infeksiyanı təqlid edərək immunitetin güclənməsinə kömək edir, lakin bu "saxta" infeksiya xəstəliyə səbəb olmur.
Bunun əvəzinə, gerçək infeksiya baş verdikdə immunitet sisteminin eyni reaksiyanı inkişaf etdirməsinə imkan yaradır.Beləliklə, orqanizm bir mikrobla qarşılaşdıqda, inkişaf etdirdiyi müdafiə sistemindən istifadə edərək onunla mübarizə aparır və insan xəstəliyə tutulmur. Bu insan artıq həmin xəstəliyə qarşı immunitetə malik olmuş olur.
Mütəxəssislər qeyd edirlər ki, peyvəndlər təkcə fərdləri xəstəlikdən qorumur, həm də cəmiyyətdə peyvəndlənmə 97 faizdən yuxarı olanda cəmiyyəti həmin xəstəliklərdən qoruyur və buna sürü immuniteti deyilir.
Azərbaycanda körpəylərə göyöksürək, difteriya və tetanusa qarşı GDT, B tipli hemofil infeksiyasına (menengit) qarşı Hib, hepatit B virusuna qarşı HepB, poliomielitə qarşı OPV- IPV, pnevmokok infeksiyasına qarşı Pk, qızılca, parotit və məxmərəyə qarşı QPM peyvəndləri vurulur. Rəsmi qurumlar əmin edirlər ki, Azərbaycana peyvəndlərlə bağlı he bir narahatlıq yoxdur və təminat yüksək səyyədədir.
Valideynlər isə xüsusilə son zamanlar peyvəndlərə daha ehtiyatlı yanaşırlar. Onlardan bəziləri öz ərizələri əsasında peyvənddən imtina edirlər.
Xəzər
“Cebheinfo.az”