Özünü “peyğəmbər” elan edən şəxsdən əxlaqsız çıxış: “Qadınlar mənimlə...” - VİDEO

Özünü “peyğəmbər” elan edən şəxsdən əxlaqsız çıxış: “Qadınlar mənimlə...” - VİDEO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Facebook” platformasında qalmaqallı video yayılıb. 

Özünü “peyğəmbər” kimi təqdim edən Vidadi Halal adlı şəxs insanlardan qazanclarının yarısını ona vermələrini tələb edib: 

“Bu dünyada nə qədər adam varsa, kiminsə nə imkanı varsa, onun yarısı mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın və dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan sonra mənəm. Ona görə də Allah-Təala mənə cənnət verir, kef verir.  

Kimin nə qazancı varsa, yarısı mənimdir. Mən kef edəcəyəm, bu, mənim haqqımdır. Mən hər gün Bakıdakı Nizami Gəncəvi adına parkda oluram, Ağ Şəhərdə yerləşir. Saat 18:00-dan 20:00-a qədər həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər, əgər saf və doğru niyyəti varsa. Amma kim şər niyyətlə üstümə gələrsə, Allah onu vuracaq. Kim olursa-olsun!”

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə saxta “peyğəmbər” daha bir qalmaqallı çıxışla gündəmə gəlib: 

“Ərsiz qadınlar mənimlə bir ailə kimi yaşamalıdırlar. Bu, əvvəlcə əri olmayan müğənni qadınlara aiddir. Daha sonra bütün sahələrdə populyar olan qadınlara aid olacaq. Onların zaman-zaman mənimlə nikahlanmaq haqları var. Bu, 5 nəfər də, 500 nəfər də ola bilər.  Mənə insan hisslərinin hamısı artıqlaması ilə verilib”.

Yəqin ki, hüquq-mühafizə orqanları bu çıxışa biganə qalmayacalar.

https://www.tiktok.com/@the_secret_emperor/video/7524414663916850448?is_from_webapp=1&sender_device=pc

Xəzər
“Cebheinfo.az”