Prezidentdən bu qurumlara VACİB TAPŞIRIQ

İran Prezidenti Məsud Pezeşkian bütün nazirliklərin və hökumət müəssisələrinin ölkə vətəndaşlarına dəstək göstərmək üçün ştat rejimində fəaliyyət göstərəcəyini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Əziz İran xalqı! Bütün nazirliklərə və hökumət müəssisələrinə ölkə vətəndaşlarına kömək etmək üçün səylərini əsirgəməmək və hər hansı xidmət göstərməkdən imtina etməmək tapşırılıb. Allahın köməyi ilə biz bu çətin zamanı geridə qoyacağıq", - Prezident qeyd edib.
"Cebheinfo.az"