Rusiya vətəndaşlarını İrandan bu yolla çıxarır

Rusiya vətəndaşlarını İrandan bu yolla çıxarır

Rusiya vətəndaşları Ermənistan ərazisindən keçməklə İranı quru yolu ilə tərk edə bilərlər.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfirliyi bildirib.

“Rusiya vətəndaşlarına İran-Ermənistan sərhədindəki Norduz-Əkərək sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə İranı tərk etməkdə əlavə imkanlar yaradılıb”,- deyə diplomatik missiyanın “Telegram” kanalında yaydığı bəyanatda deyilir.

Səfirlik əlavə edib ki, İran və Ermənistan arasındakı sərhəd Rusiya vətəndaşları üçün açıqdır, etibarlı xarici və ya daxili pasportlarla keçid pulsuzdur, əvvəlcədən xəbərdarlıq tələb olunmur.

Diplomatik nümayəndəlik Meğridən İrəvana, oradan isə Rusiyaya necə getmək barədə də ətraflı məlumat verib. Şəxsi mikroavtobuslar hər gün Ermənistanın paytaxtına gedir. Əkərək keçid məntəqəsindən İrəvana taksilər gedir, gediş vaxtı 7,5 saat, məsafə 328 km, qiyməti təqribən 50 min dram (130 dollar), yaxud avtomobildə oturacaq üçün 10 min dram (26 dollar) təşkil edir.

Meğridən Qafana taksi də 31 dollara aparır. Hava limanından İrəvana planlı uçuş həyata keçirilir. Bir neçə aviaşirkət tərəfindən İrəvandan Rusiyaya gündə 20-yə qədər birbaşa uçuş həyata keçirilir.

“Lazım gələrsə, təcili yardım nömrəsinə zəng edin”, - səfirlik vurğulayıb.

Xəzər
“Cebheinfo.az”