Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb

İşğaldan azad olunmuş Cinli və Xaçındərbənd kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanan, ümumi çəkisi 5 ton olan 3000-ə yaxın çətənə kolu yandırılaraq məhv edilib.
"Cebheinfo.az"