Nazir Xameneyini öldürməklə hədələdi

İsrailin müdafiə naziri İsrael Katz İran lideri Əli Xameneyini öldürməklə hədələyib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail mətbuatında çıxan xəbərlərə görə, Katz bu səhər İranın cavab hücumuna hədəf olan Tel-Əviv yaxınlığındakı Holon şəhərində jurnalistlərə açıqlama verib.
İran lideri Xameneyini öldürməklə hədələyən Katz “Xameneyi kimi bir diktator varlığını davam etdirə bilməz”,- deyib.
Katz İrana qarşı hücumların məqsədinin "Tehran administrasiyasını zəiflətmək" olduğunu da bildirib.
Müdafiə naziri Baş nazir Benyamin Netanyahunun İsrail ordusuna “Tehran administrasiyasını zəiflətmək üçün İrana hücumları artırmağı tapşırdığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"