Almaniya İsrailə silah GÖNDƏRİR

Almaniyanın yeni hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyİ Sol Partiyanın parlamentdəki sualına cavab verərək İsrailə alman istehsalçılarına 3 milyon 986 min avro dəyərində silah tədarük etməsinə icazə verdiyini açıqlayıb.
Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avroya çatmışdı. Hökumət 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışına icazə vermişdi. 2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci ilə nisbətən on dəfə artıb.
Qeyd edək ki, Almaniyada silah ixracına Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərar verilir.
Xüsusilə həssas hallarda, Baş nazir və digər nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası qərar verə bilər. Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"