Ankarada Ərdoğan-İlham Əliyev-Paşinyan görüşü?

“Bildiyimə görə, hazırda üçtərəfli görüş nəzərdə tutulmur. Ancaq heç bir şeyi istisna etmək olmaz, çox vaxt qərarlar yerində qəbul edilir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu iyunun 19-da jurnalistlərə müsahibəsində hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Arman Yeqoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində üçtərəfli Ermənistan-Azərbaycan-Türkiyə görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Səfər çox vacibdir, bu, müstəqillik əldə etdikdən sonra ilk ikitərəfli səfərdir. Xüsusilə də bu təlatümlü regionda biz Türkiyə ilə danışıb bir-birimizi başa düşməliyik. Hazırda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi gündəmdədir, bu, bizim səfirlərimizin bir neçə ildir danışıqlar apardığı gündəmdədir", - Yeqoyan əlavə edib.
Xəzər
“Cebheinfo.az”