Fırat Görgel: ""Azərbaycan məhəlləsi" qardaşlığın simvoludur"

Fırat Görgel: ""Azərbaycan məhəlləsi" qardaşlığın simvoludur"

"Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndəki tikililər güclü dövlət iradəsinin, qardaşlığın və mübarizənin simvoludur".

"Cebheinfo.az"  "Report"a istinadən xəbər verir ki, bu barədə Kahramanmaraş bələdiyyəsinin sədri Fırat Görgel bildirib.

O, zəlzələnin ilk günündən hər kəsin birləşərək böhrandan xilas olmaq üçün çalışdığını söyləyib:

"Azərbaycanın göstərdiyi yardım səmimiyyətin nümunəsidir. Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkür edirik".

Bələdiyyə sədri deyib ki, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir.

"Cebheinfo.az"