İran İsrail ordusunun qərargahını vurdu

Bu gün səhər saatlarında İsrail ordusunun kiber komandanlığının qərargahı - C4I korpusu və İsrail ordusunun Qav Yamdakı kəşfiyyat mərkəzi İranın raket zərbələrinin hədəfi olub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İRNA yazıb.
Agentliyin məlumatına görə, orada kəşfiyyat məlumatlarının emalı və kiber əməliyyatlara cavabdeh olan “minlərlə hərbçi” yerləşdirilib. Qav Yamdakı kəşfiyyat mərkəzi İsrailin cənubundakı Beer Şeva şəhərindəki Soroka xəstəxanasının yanında yerləşir.
İRNA qeyd edir ki, xəstəxana partlayış dalğasına məruz qalıb və ciddi ziyan görməyib, hərbi infrastruktur isə dəqiq zərbə ilə vurulub.
Xəzər
“Cebheinfo.az”