"TDT Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanacaq"

"TDT Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanacaq"

Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanacaq.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyunun 19-da Bakıda keçirilən TDT ölkələri Məhkəmə Şuraları Sədrlərinin üçüncü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib:

"Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq".

"Cebheinfo.az"