ABŞ-nin basketbol klubu 10 milyard dollara satılır

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Los Anceles Leykers" klubu milyarder Mark Valterə satılacaq.
"Report" xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Razılaşma təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir. Bu isə ABŞ-nin idman komandaları üçün rekorddur.
1979-cu ildən klubun sahibi olan Bass ailəsi müəyyən müddət ərzində səhmlərin 15 faizini özündə saxlayacaq. Bundan əlavə, Cinni Bass ən azı bir neçə il kluba rəhbərliyi davam etdirəcək.
"Cebheinfo.az"