Renka hədəfdə: “Yol vermirlər, qəsdən eləyirlər”

Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) avtomobil idarə edən bəzi sürücülərin məsuliyyətsiz davranışlarından narazılığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, axşam saatlarında şəxsi nəqliyyatı ilə evə dönərkən bir neçə yol-nəqliyyat hadisəsinin şahidi olan Renka bu barədə sosial media hesabında fikirlərini bölüşüb. O bildirib:
“Dünən axşam evə gedənə kimi iki ayrı qəza gördüm. Yol niyə bir az boşalan kimi hər kəs sürəti artırmağa başlayır? Yüksək sürətlə gələn maşınlara yol da vermirlər. İnsanlar məsafə saxlamırlar, nəticədə qəza baş verir”.
Rəqqasə sürücüləri daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
"Cebheinfo.az"