Litvanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb

İran tərəfindən atılan raketlərdən biri Litvanın İsraildəki səfirliyinin yaxınlığına düşüb.
APA Litva Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, raket Tel-Avivdə yerləşən səfirliyin 200 metrliyində mövcud olan binalara dəyib.
Səfirlik binasında dağıntı qeydə alınmayıb və əməkdaşlar arasında itki yoxdur.
"Cebheinfo.az"