Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb

Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Pul Pervoqo” teleqram kanalı yayıb. 

Məlumata görə, görüş Minskdə Müstəqillik sarayında keçirilib. 

“Belta” agentliyi isə gündəlikdə beynəlxalq və regional məsələlərin, eləcə də Belarus-ABŞ münasibətlərinə dair mövzuların olduğunu yazıb. 

"Cebheinfo.az"