Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər

Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər

ABŞ-nin keçmiş xüsusi təyinatlısı polkovnik-leytenantı Toni Şaffer Ukrayna-Rusiya müharibəsinin avqustun ortalarına qədər bitəcəyini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, “Judging Freedom” kanalına danışan Şaffer, "Rusiya qoşunları sistemli şəkildə irəlilədiyi bir vaxtda Ukrayna indi ABŞ-nin hərbi və maliyyə dəstəyindən məhrumdur. Bu şərtlər altında Ukrayna ordusu ən çox iki ay dayana bilər" deyib.

Şaffer Rusiyanın ləng, lakin metodik irəliləyiş strategiyasının uğurlu olduğunu vurğulayıb, Ukraynanın isə iki həyati dəstəyini itirdiyini qeyd edib:

"ABŞ-nin maliyyə yardımı başa çatıb və onun bərpasına dair heç bir əlamət yoxdur. Eynilə, Amerikanın silah daşınması da dayanıb".

Avropanın yardım vədlərinə şübhə ilə yanaşan polkovnik, "Avropalıların Ukraynaya kömək edəcək pulları yoxdur. Onların öz aralarında milyardlarla dollar borcu var. Qalib ola bilməyəcək bir ölkəyə silah və vəsait vermələri mümkün deyil" deyib.

Ukraynanın hazırkı döyüş qabiliyyətini qoruyub saxlaması üçün ABŞ-nin dəstəyinin vacib olduğunu vurğulayan Şaffer, "Amerikanın pulu və silahları olmadan ukraynalılar indiki mübarizə templərini davam etdirə bilməzlər. Mən tam əminəm ki, 19-20 avqustda hər şey bitəcək" deyə bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az