Baş məşqçi: "O, əfsanə olacaq"

Baş məşqçi: "O, əfsanə olacaq"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente  futbolçusu Lamin Yamal haqda danışıb.

Yenisabah.az xəbər verir ki, o, "Barselona"nın formasını geyinən 17 yaşlı hücumçunu tərifləyib: 

"O, mütləq inanılmaz səviyyəyə çatacaq. Bir daha deyirəm: Yamal əfsanə olacaq. O, əlbəttə ki, bəzi sahələrdə təkmilləşməlidir. Yamalın qayğısına qalmalıyıq. Amma Lamin sürətlə böyüyür və başa düşməlidir ki, millidəki və klubdakı komanda yoldaşları onun əfsanə olmasına kömək edəcəklər. Heyrətamiz oğlandır".

Yamal ötən il İspaniya millisi ilə Avro-2024-ün qalibi olub.

"Cebheinfo.az"