Ərdoğan: "Türkiyə nüvə mübahisəsi üzrə danışıqlara yardım etməyə hazırdır" - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Əraqçiyə nüvə mübahisəsi üzrə texniki danışıqlara kömək etməyə hazır olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun dəftərxanasından bildirilib.
O həmçinin ABŞ və İran liderlərinin görüşünə yardım etməyə hazır olduğunu vurğulayıb.
17:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
Bu barədə məlumatı GDH yayıb.
Bildirilib ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, iyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda İsrail-İran müharibəsi müzakirə olunub.
"Cebheinfo.az"