Xoşqədəm atasının vəsiyyətini yerinə yetirdi

Aparıcı Xoşqədəm Hidayətqızı uzun fasilədən sonra "Günaydın, Azərbaycan" proqramında efirə çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, aparıcı bir müddət əvvəl vəfat edən atası Hidayət Baxşəliyevin arzusunu gerçəkləşdirdiyini deyib:
"Anamdan sonra efirə çıxmadım. Atam isə çox istəyirdi efirdə olum. Atamın ölümündən 3-4 gün əvvəl idi. Atamla anamın verilişimdə olan bir çıxışını izlədik. Dedi ki, birdən məndən sonra oturub gözləyərsən, gözləmə çıx efirə. Bilirdi ki, tamaşaçılar darıxır mənim üçün.
Bu gün qoymayacam ağalayasınız. Kədərlə sevinc yanaşıdır. Allah gənc ölümlərdən qorusun. Mənə çətindir, amma nə edək? Efirdir, işimizi görəcəyik".
Qeyd edək ki, aparıcının atası xərçəngdən əziyyət çəkirdi. Xoşqədəm bir müddət əvvəl anası Ofeliya Baxşəliyevanı da itirib.(Axşam.az)
"Cebheinfo.az"