Qrossi: “Nüvə obyektlərinə hücum edilməməlidir”

Qrossi: “Nüvə obyektlərinə hücum edilməməlidir”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Mariano Qrossi İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının ölkənin nüvə təhlükəsizliyinin qəfil pisləşməsinə səbəb olduğunu bəyan edərək, nüvə obyektlərinə əsla hücum edilməməsi lazım olduğunu vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, Qrossi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) onlayn olaraq qatıldığı "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" adlı iclasda İsrailin İranda hücum etdiyi nüvə obyektləri ilə bağlı açıqlamalar verib.

Qrossi qeyd edib ki, MAQATE nüvə obyektlərinin vəziyyətini diqqətlə izləyir və onlar istənilən nüvə insidentinə müdaxilə edə bilərlər.

“Buşəhr Atom Elektrik Stansiyası”nın mümkün hücumun nəticələrinin ən ağır ola biləcəyi nüvə sahəsi olduğunu vurğulayan Qrossi, stansiyanın işlək vəziyyətdə olduğunu və minlərlə kiloqram nüvə materialına ev sahibliyi etdiyini bildirib.

Qrossi son bir neçə saat ərzində bölgə ölkələrinin narahatlıqlarını ifadə etmək üçün birbaşa onunla əlaqə saxladıqlarını bildirərək, "Buşehr Atom Elektrik Stansiyasına edilən hücumun ətraf mühitə çox yüksək miqdarda radiasiya yayılmasına səbəb olacağını" söyləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"