İranda daha bir nüvə alimi öldürüldü

İranda daha bir nüvə alimi öldürüldü

İsrailin İrana hücumları nəticəsində daha bir nüvə alimi öldürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, iranlı nüvə alimi İsar Təbatəbai evinə hücum zamanı həyat yoldaşı ilə birlikdə həlak olub.

Hücumun nə vaxt və necə həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, 2007-ci ildə Nüvə Mühəndisliyi üzrə doktorluq dərəcəsini tamamlayan Təbatəbai uzun illər İranın nüvə sənayesində çalışıb.

Xatırladaq ki, bundan əvvəl də İranda 9 nüvə alimi öldürülmüşdü.

"Cebheinfo.az"