Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.

"Cebheinfo.az" xəbər verir ki, bu qərar Trampın Hindistan və Pakistan arasında yaşanan son gərginlikdə oynadığı "diplomatik rol və liderliyinə" əsaslanır.

Pakistan Baş Nazirliyinin Ofisi tərəfindən yayılan rəsmi açıqlamada bildirilir ki, Trampın vasitəçi fəaliyyəti iki nüvə gücünə sahib ölkə arasında genişmiqyaslı münaqişənin qarşısını alıb.

"Tramp, həm İslamabad, həm də Yeni Dehli ilə apardığı intensiv diplomatik təmaslar nəticəsində qısa zamanda atəşkəsin əldə olunmasına nail oldu və milyonlarla insanı əhatə edə biləcək dağıdıcı münaqişəni önlədi", - deyə açıqlamada qeyd olunub.

Məlumatda həmçinin Trampın "həqiqi bir sülh elçisi" obrazı olduğu vurğulanıb.Sənəddə Trampın Hindistan-Pakistan böhranındakı liderliyinin "praqmatik diplomatiya və effektiv sülh quruculuğunun davamı" olduğu bildirilib.

Eyni zamanda, Qəzzada baş verən humanitar fəlakət və İsrailin İrana hücumlarından sonra bölgədə artan gərginlik fonunda Trampın qlobal sabitlik naminə konstruktiv rol oynamağa davam edəcəyinə ümid ifadə olunub.

Səbinə Uğur 
"Cebheinfo.az"