Trapm yenə İrandan danışdı: “Qərar verməliyəm...”

ABŞ Prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı yeni açıqlama verib.
“Cebheinfo.az” xəbər verir ki, İsrail və İran arasındakı qarşıdurmayla bağlı "İranla danışacağıq və bundan sonra nə olacağını görəcəyik",-deyə o, bildirib.
Tramp eyni zamanda onu da bildirib ki, İranla danışıqlar uzun müddətdir davam edir: "İranla biz danışırıq. Onlar Avropa ilə danışmaq istəmirlər. Düşünürük ki, həftələr və ya aylar sonra İran nüvə silahına sahib ola bilər”.
Müharibəyə qoşulub-qoşulmayacaqları ilə bağlı isə ABŞ Prezidenti bildirib ki, qərar verməliyəm, amma indi heç nə deyə bilmərəm: “Şərtlərə görə qərar veriləcək. “İbrahim razılaşmaları”nın həyata keçirilməsi mənim üçün daha vacibdir".
İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalar davam etdiyi bir vaxtda diplomatiya da sürətlənib. Bu gün İran, Almaniya, Fransa və İngiltərənin xarici işlər nazirləri Cenevrədə görüşüblər.
Görüşdən sonra açıqlama verən İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, İrana hücum başa çatdıqdan sonra diplomatik səyləri qiymətləndirəcəyik.
“Cebheinfo.az”