Paşinyan Ərdoğanı Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib

Paşinyan Ərdoğanı Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib

Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.

Xatırladaq ki, iyunun 20-də Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onlar arasında görüş planlaşdırılıb.

"Cebheinfo.az"